Liderlər akademiyasının seminar-müşavirəsi keçirilir

6 Dekabr 2016 10:49

Xəbər 751 dəfə oxunub

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin liderlər akademiyasının seminar-müşavirəsi işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə Avrasiyanın 40-dan çox ölkəsindən nümayəndələr, deputatlar və idman xadimləri iştirak edirlər.Əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov əqli imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasında xüsusi olimpiya hərəkatının rolunu yüksək qiymətləndirib. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard, Avropa Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Evangines də bu humanist hərəkatın dünya miqyasında rəğbətlə qarşılandığını qeyd edərək Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər.Çıxışlardan sonra müzakirələr aparılıb.Seminar-müşavirə dörd gün davam edəcək.xeber100.com