Taekvando üzrə komandalararası dünya çempionatının birinci günündə…

13 Dekabr 2016 10:42

Xəbər 710 dəfə oxunub

Dekabrın 12-də Bakıda təşkil olunan taekvando üzrə komandalararası dünya çempionatının birinci günündə qrup qarşılaşmaları keçirilib.Azərtac xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində iki gün davam edəcək yarışda həm kişilər və həm də qadın taekvandoçular iki qrupda mübarizə aparırlar.Azərbaycanın kişilərdən ibarət yığma komandasının heyətində Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxıblar. “B” qrupunda ilk görüşdə Belçikanı məğlub edən (27:8) idmançılarımız sonrakı döyüşdə ABŞ üzərində (42:4) böyük hesabla qələbə qazanaraq qrup birincisi kimi yarımfinala adlayıblar. Dekabrın 13-də baş tutacaq yarımfinal görüşündə komandamız “A” qrupunun ikincisi olan qardaş Türkiyə taekvandoçuları ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə “A” qrupunu lider kimi başa vuran Koreya Respublikasının təmsilçiləri “B” qrupunun ikincisi Belçika ilə final mübarizə aparacaqlar.Qadın millimizin heyətində isə Azərbaycanı Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal ( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Ooqink (-73 kq) təmsil ediblər. Lakin komandamız yarımfinala yüksəlməyi bacarmayıb. Qrupun ilk görüşündə ABŞ-a qalib gələn seçməmiz (11:6), sonrakı iki oyunda məğlub olub. Qadın taekvondoçularımız əvvəlcə Koreya Respublikasına (2:24), daha sonra Türkiyəyə (1:11) uduzaraq turnirdə mübarizəni dayandırıblar. “B” qrupunun ikincisi olan Türkiyə yığması “A” qrupunun birincisi Çin ilə üz-üzə gələcək. “B” qrupunda lider olan Koreya Respublikası isə yarımfinalda “A” qrupunun ikincisi Rusiya ilə yarışacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02