Çempionlar Liqası yarışlarının ilk oyunu keçiriləcək

14 Dekabr 2016 10:51

Xəbər 702 dəfə oxunub

Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, İtaliyanın “Konegliano” komandası Bakı təmsilçisini Trevizo şəhərində qəbul edəcək. Görüşün baş hakimi belçikalı Arturo di Giacomo olacaq. Ona rusiyalı həmkarı Andrey Zenoviç kömək edəcək.Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.xeber100.com