“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi təqdim olunub

16 Dekabr 2016 11:46

Xəbər 742 dəfə oxunub

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi İspaniyada təqdim olunub.Azərtac xəbər verir ki, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bilbao təqdimat mərasimi keçirən 11-ci şəhər olub.Bütün loqolarda olduğu kimi bu şəhərin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birlik nişanəsidir. Körpü ilə yanaşı Müqəddəs Antoni kilsəsi də loqoda yer alıb.Qeyd edək ki, Bilbao şəhəri qrup mərhələsinin üç, səkkizdəbir finalın bir oyununu qəbul edəcək.xeber100.com