Azərbaycan cüdoçuları ilin sonunda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər.Azərtac xəbər verir ki, cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa “Qızıl Liqa” yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın “Sagaredjo FF Superstars” klubunun heyətində “Qızıl liqa”nın qalibi olub.Rusiyanın Qroznı şəhərində keçirilən yarışda Gürcüstan təmsilçisi əvvəl “Sportinq”i (Portuqaliya) 3:2, sonra “Abensberq”i (Almaniya) 5:0 hesabı ilə məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə “Yavara Neva”nı (Rusiya) üstələyib – 3:2.Millimizin Olimpiya mükafatçısı Rüstəm Orucov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda Portuqaliya təmsilçisi “Edelveys” (Qroznı) və “Nalçik” (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib.Yarışın mükafatlandırma mərasimində Nicat Şıxəlizadəyə Avropa “Qızıl Liqa”sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…