“Espanyol”la oyunda (4:1) fərqlənməklə…

19 Dekabr 2016 11:44

Xəbər 799 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.Azərtac xəbər verir ki, 90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 12 dəfə fərqlənib.xeber100.com