“İlin parlayan ulduz hakimi” mükafatının qalibi müəyyənləşib

19 Dekabr 2016 11:47

Xəbər 1164 dəfə oxunub

Avropada ilin ən yaxşı hakimləri bəlli olub.Azərtac xəbər verir ki, UEFA-da beynəlxalq futbol hakimliyi sahəsində ixtisaslaşmış “The3rdTeam” bloqu tərəfindən aparılan seçimlərdə ingiltərəli Mark Klattenburq 110 xalla qitənin ən yaxşısı adına layiq örülüb.Polşalı Şimon Marçinyak 86 xalla ikinci, 70 xal toplayan sloveniyalı Damir Skomina isə üçüncü yeri tutub.Bu ildən etibarən hakimlərlə bağlı yeni mükafat da təsis olunub. 2016-cı il ərzində ən böyük inkişafa nail olan Avropa referisi üçün müəyyənləşdirilən “İlin parlayan ulduz hakimi” mükafatının da qalibi açıqlanıb. Azərbaycan hakimi Əliyar Ağayev bu mükafatın qalibi olub. İyirmi doqquz yaşlı hakim 2016-cı ildəki irəliləyiş üçün bu ada layiq görülüb. O, son bir ildəki inkişafına görə, Avropada ən yaxşı hesab edilib.xeber100.com