“Neftçi” futbol klubu təlim-məşq toplanışı keçəcək

20 Dekabr 2016 12:06

Xəbər 906 dəfə oxunub

“Neftçi” futbol klubu yanvarın 4-dən 21-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində beş yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.“Flaqman”ın ilk rəqibi Türkiyənin I Liqa təmsilçisi “Sivasspor” komandası olacaq.Qarşılaşma yanvarın 8-də keçiriləcək.xeber100.com