Avropa Oyunları üçün Minskdə yeni idman obyektləri tikiləcək. BELTA xəbər verir ki, bunu Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets bildirib.A.Şorets deyib: “Əsas məsələ açılış mərasimi üçün “Dinamo” adlı yüngül atletika stadionu inşa etməkdir. Biz onu gələn ilin sonu üçün işə salacağıq”.O məlumat verib ki, Oyunların keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb, idman yarışlarının təşkilinə cəlb ediləcək obyektlər müzakirə edilir. Bu əlamətdar idman turnirinə hazırlıq zamanı 2014-cü ildə keçirilmiş xokkey üzrə dünya çempionatının müsbət təcrübəsi nəzərə alınacaq. Qonaqpərvərlik zonaları təşkil etmək də nəzərdə tutulur.Şəhərin hakimiyyət orqanları ümid edirlər ki, həmin dövrdə Minskə çoxlu qonaq gələcək.2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsi hüququ Belarusa Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının bu ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında verilib. Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtında keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…