“Qarabağ” 4 yoxlama oyunu keçirməyi planlaşdırır

27 Dekabr 2016 10:27

Xəbər 864 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının III dövrəsinin hazırlığına Antalyada start verəcək.Klubdan Azərtac-a bildiriblər ki, yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” “IC Santaı” otelində məskunlaşacaq.“Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Belə ki, Ağdam təmsilçisi yanvarın 15-də Türkmənistanın “Aşqabad”, üç gün sonra Rumıniyanın “Styaua”, yanvarın 22-də Qazaxıstanın “Atırau” (Qazaxıstan) və Polşanın “Termalitse” komandaları üz-üzə gələcək.xeber100.com