Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən məhsuldar futbolçularının adlarını açıqlayıb. Beynəlxalq oyunlarda ən azı 10 qol vuranların siyahısında 20 futbolçu yer alıb.Azərtac İFFHS-in rəsmi saytına istinadla xəbər verir ki, dünyanın ən məhsuldar futbolçusu Kriştiano Ronaldodur. Portuqaliyalı ulduzun aktivində 24 qol var. “Real Madrid” komandasının hücumçusu millidə 13, klubun heyətində isə 11 dəfə fərqlənib. Bununla da K.Ronaldo üçüncü dəfə planetin ən yaxşı bombardiri olub.“Barselona”nın forvardı Lionel Messi isə 21 qolla ikinci yerdə qərarlaşıb. Messi Argentina yığmasında 8, katalonların heyətində isə 13 qol vurub.Hesabında 16 qol olan Edinson Kavani siyahıda üçüncüdür. O, Uruqvay millisində 9, PSJ-də isə 7 dəfə rəqib qapılarına yol tapıb.Katalonların braziliyalı oyunçusu Neymar siyahıda 13-cü pillədədir. “Sambaçı” 8 dəfə Braziliya yığmasında, 3 dəfə isə “Barselona” klubunda fərqlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…