“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevlə 2 illik müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində yerli klublardan yalnız “Neftçi”nin heyətində çıxış edib. A.Abdullayev məhz 2008-2011 və 2012-2016-cı illərdə “ağ-qaralar”ın formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış A.Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, əsas yığmada 20 oyun keçirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…