“Telekom”un hakim təyinatları açıqlanıb

3 Yanvar 2017 13:05

Xəbər 782 dəfə oxunub

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycanın “Telekom” klubunun ikinci turdakı oyununa hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, Polşanın “Xemik” klubu ilə yanvarın 10-da keçiriləcək qarşılaşmanı lixtenşteynli hakim Filip Şurmann idarə edəcək. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi köməkçi təyin olunub.“Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq “Telekom”-“Xemik” matçı saat 17:00-da başlayacaq.xeber100.com