“Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək

4 Yanvar 2017 11:58

Xəbər 967 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə “Formula-1” jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək.BŞH-dən Az’rtac-a bildiriblər ki, yanvarın 24-25-də təşkil olunacaq tədbirdə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason təlimçi, Formula-1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov isə qonaq təlimçi qismində çıxış edəcək. Təlimə müraciətlərin qəbulu yanvarın 15-dək davam edəcək.Təlimin keçirilməsində məqsəd Azərbaycanın idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq həmkarlarının təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də “Formula-1” haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Həmçinin təlim zamanı keçiriləcək multimedia layihəsi çərçivəsində iştirakçılar qazandıqları bilik və bacarıqları qrup şəklində nümayiş etdirə biləcəklər.xeber100.com