“Qarabağ” futbol klubu təlim-məşq toplanışına start verib

5 Yanvar 2017 10:41

Xəbər 903 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışına start verib.Klubdan Azərtac-a bildiriblər ki, komandamız təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək. “Qarabağ”ın ilk yoxlama oyununda “Aşqabad” klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan təmsilçisinin Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən komandamız yanvarın 15-də Albaniyanın ən titullu klublarından olan “Şkenderbeu” ilə qarşılaşacaq.xeber100.com