“Przegląd Sportowy” qəzetinin reytinqinə əsasən…

10 Yanvar 2017 10:34

Xəbər 788 dəfə oxunub

Disk tullayan Anita Vlodarçik “Przegląd Sportowy” qəzetinin və Polşa TV-nin ənənəvi reytinqinə əsasən, ötən il bu ölkənin ən yaxşı idmançısı elan edilib.Polşanın populyar “Przegląd Sportowy” idman nəşrinin oxucularının və TVP tamaşaçılarının çoxu Anita Vlodarçikin namizədliyinə səs verib. İkinci yeri Polşa yığmasının kapitanı və Münxenin “Bavariya” klubunun forvardı Robert Levandovski, üçüncü yeri Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçısı, disk tullayan Pyotr Malaxovski tutublar.xeber100.com