Dünya çempionatında 48 yığma komanda iştirak edəcək

10 Yanvar 2017 12:55

Xəbər 857 dəfə oxunub

FİFA İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə meqaçempionat keçirmək barədə qərar qəbul edib. İlk dəfə 2026-cı ildə keçiriləcək geniş tərkibli dünya çempionatında 48 yığma komanda iştirak edəcək. Çempionat hər birində 3 komanda olmaqla 16 qrupda təşkil olunacaq.Almaniya başda olmaqla bir sıra ölkələr hazırkı formatın dəyişdirilməsinə qarşı ciddi müqavimət göstərir. Lakin FİFA-nın yeni rəhbəri Cianni İnfantino öz vədlərindən birini yerinə yetirməyə nail oldu.Xatırladaq ki, C.İnfantino FİFA-nın prezidenti seçildiyi vaxt dünya çempionatlarında iştirakçıların sayını artırmaqla nisbətən kiçik ölkələrin də mundialda iştirak edə bilmələrinin vacibliyini qeyd etmişdi.xeber100.com