“Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq

10 Yanvar 2017 15:45

Xəbər 825 dəfə oxunub

Hazırlığın ikinci mərhələsini Antalyada keçirəcək “Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq.Klubdan Azərtac-a bildiriblər ki, komandamızın daha bir rəqibi məlum olub. Belə ki, yanvarın 18-də keçiriləcək ilk qarşılaşmada “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) üz-üzə gələcək.“Zirə” yanvarın 22-də Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Qorna) qarşılaşacaq.xeber100.com