“Best FIFA Football Awards 2016” çərçivəsində…

10 Yanvar 2017 15:49

Xəbər 878 dəfə oxunub

FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində “Best FIFA Football Awards 2016” çərçivəsində ötən il üçün planetin ən yaxşı futbolçusunun adı açıqlanıb.FİFA versiyası üzrə “2016-cı ilin ən yaxşı futbolçusu” adına əsas favoritlər sırasında “Real Madrid“ klubunun hücumçusu Kriştiano Ronaldo, “Barselona“ klubunun yarımmüdafiəçisi Lionel Messi və “Atletiko Madrid“ klubunun şərəfini qoruyan Antuan Qrizmannın adı öndə olub. Ötən il “Real Madrid“ klubu ilə Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo “2016-cı ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.xeber100.com