“Neftçi” futbol klubu ikinci yoxlama oyununu keçirib

12 Yanvar 2017 11:44

Xəbər 720 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu Antalya təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb.“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 0:1 hesabı ilə məğlub olub. Çoxsaylı hücumları boşa vermiş komandamız 82-ci dəqiqədə qapısında qol görüb.Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda yerli “Sivasspor” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmışdı.xeber100.com