Güləş Federasiyasının təşkilatçılığı ilə…

18 Yanvar 2017 12:36

Xəbər 915 dəfə oxunub

Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparıblar.Azərtac xəbər verir ki, Azərbaycan çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları da mübarizə aparıblar. Yarışlara 18 idmançı ilə qatılan “hərbçilər”dən 10-u medal qazanıb. Olduqca yüksək nəticə əldə edən MOİK idmançıları həm sərbəst, həm də yunan-Roma güləşində medallar əldə ediblər.xeber100.com