“İnter” futbol klubu ikinci yoxlama oyununu keçirib

19 Yanvar 2017 11:53

Xəbər 868 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu ikinci yoxlama oyununda gücünü sınayıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Rumıniyanın “Botoşani” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.“İnter”in heyətində Mirsahib Abbasov fərqlənib.Qeyd edək ki, “İnter” ilk yoxlama oyununda Qazaxıstanın “Ordubaşı” komandası ilə üz-üzə gəlib və görüşdə hesab açılmayıb.xeber100.com