Stolüstü tennisin 2015-2020-ci illərdə inkişaf planı…

19 Yanvar 2017 12:02

Xəbər 856 dəfə oxunub

Stolüstü Tennis Federasiyasının Ümumi Yığıncağında ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.Federasiyadan Azərtac-a bildiriblər ki, tədbirdə stolüstü tennisin 2015-2020-ci illərdə inkişaf planına müvafiq olaraq görülmüş və nəzərdə tutulan işlər ətraflı müzakirə edilib.İclasda Azərbaycanda stolüstü tennisin tarixində ilk dəfə ötən ilin fevralında Fransanın Metz şəhərində keçirilmiş turnirdə yeniyetmə oğlanlarımızın gümüş, iyulda Zaqrebdə gənclərin Avropa çempionatından idmançılarımızın 1 gümüş və 3 bürünc ilə qayıtmaları idmanın bu növünün ölkəmizdə uğurlu gələcəyindən xəbər verdiyi vurğulanıb.İclasda, həmçinin Federasiyanın qarşısında duran ən mühüm vəzifə – IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri də fəal müzakirə olunub.xeber100.com