Azərbaycan yığması yoldaşlıq oyunu keçirib

21 Yanvar 2017 11:11

Xəbər 834 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb. Komandamızın qolunu Ramil Həsənov vurub.20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.Azərbaycan–Sudan qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyiblər.xeber100.com