Voleybol Konfederasiyası tərəfindən yeni təyinat

21 Yanvar 2017 11:18

Xəbər 869 dəfə oxunub

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.Azərtac xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə) – “Drezdner” (Almaniya) görüşünün ikinci hakimi olacaq. Görüşə baş hakim kimi fransalı Lois Quest təyinat alıb.Oyun yanvarın 25-də İstanbulda təşkil olunacaq.xeber100.com