Futbol üzrə qış fasiləsi başa çatıb

21 Yanvar 2017 11:27

Xəbər 902 dəfə oxunub

Futbol üzrə Almaniya Bundesliqasında qış fasiləsi başa çatıb.AZƏRTAC xəbər verir ki, ilin ilk oyununda “Frayburq” lider “Bavariya”nı qəbul edib. Münxen klubu ikinci dövrənin ilk görüşündə əvvəlcə hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Robert Levandovski dubl ilə yadda qalıb. Belə ki, forvard hesaba tarazlıq gətirdikdən sonra qarşılaşmaya əlavə olunmuş birinci dəqiqədə yenə adını tabloya yazdırıb – 2:1.Beləliklə, Karlo Ançelottinin yetrmələri tura qələbə ilə başlayıblar.xeber100.com