Beynəlxalq avtomobil sərgisində…

24 Yanvar 2017 11:24

Xəbər 720 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti Formula-1 Azərbaycan Qran-prisini ilk dəfə Beynəlxalq avtomobil sərgisində dünya ictimaiyyətinə təqdim etmək üçün ötən həftə İngiltərənin Birmingem şəhərində səfərdə olub.BŞH-dən Azərtac-a bildiriblər ki, sayca 27-ci dəfə təşkil edilən sərgi Avropada Formula-1 mövsümündən əvvəl qapalı məkanda keçirilən ən böyük avtomobil sərgisi hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də sərgidə müxtəlif sürət yarışlarında yer alan avtomobillərin nümayişi ilə yanaşı, bütövlükdə avtoidman və avtomobil sektorunda baş verən ən son yeniliklər ictimaiyyətə təqdim edilib.xeber100.com