Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” və “Telekom” klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan çempionu “Azərreyl” dördüncü tur çərçivəsində Fransada “Sen-Rafael” komandası ilə qarşılaşıb. Görüş “Azərreyl”in qələbəsi ilə başa çatıb-3:1. Qrupun digər oyununda “Fənərbağça” Polşada “Dombrova Qurniça”nı eyni hesabla üstələyib.Beləliklə, üç oyundan sonra doqquz xal yığan Türkiyənin “Fənərbağça” komandası qrupda liderdir.“Azərreyl” altı xalla ikinci, “Dombrova Qurniça” üç xalla üçüncü, xalı olmayan “Sent-Rafael” dördüncü pillədə qərarlaşıb.Turnirdə “A” qrupunda mübarizə aparan “Telekom” isə “Modena”nın (İtaliya) qonağı olub. Qarşılaşmada ev sahibləri hər üç seti qələbə ilə başa vurublar. Qrupun digər oyununda İtaliyanın digər təmsilçisi “İmoko” Polşada “Ximik”ə qalib gəlib-3:2.Üç turdan sonra “Modena” səkkiz xalla birinci, “İmoko” altı xalla ikinci, “Ximik” dörd xalla üçüncüdür. Aktivində xal olmayan “Telekom” isə qrupda sonuncu pillədə yer alıb.xeber100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…