Cüdo üzrə Bakı birinciliyinə start verilib

27 Yanvar 2017 11:29

Xəbər 944 dəfə oxunub

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.Azərtac xəbər verir ki, iki gün davam edəcək yarışın ilk günündə 282 yeniyetmə cüdoçu (281 oğlan, 11 qız) qüvvəsini sınayır.Yarışın birinci günündə qızlar 32, 36, 40, 44, oğlanlar isə 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.xeber100.com