Bu il iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə biletlərin 30 faizədək endirimli qiymətlərlə satışı kampaniyası bir həftə sonra – yanvarın 31-də başa çatacaq.Azərtac xəbər verir ki, Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) endirimli qiymətlərlə bilet satışı kampaniyasının başa çatmasına bir həftənin qalması ilə əlaqədar yarış həvəskarlarını bir daha bu fürsətdən yararlanmağa çağırır.BŞH ötən dekabrın 2-dən etibarən 30 faizədək endirimli dördgünlük biletləri məhdud sayda təklif edir. Bu kampaniya cari il yanvarın 31-dək davam edəcək. Kampaniya başa çatdıqdan sonra biletlərin satışı tam qiymətlərlə aparılacaq.Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün müddətində davam edəcək yarışlarla yanaşı, trekdən kənarda əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 22-də keçiriləcək “Pit yolu” yürüşündə iştirak imkanı verir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…