Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

1 Fevral 2017 10:38

Xəbər 891 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyununun biletləri fevralın 1-dən satışa çıxarılıb.Azərtac xəbər verir ki, kateqoriyalardan asılı olaraq biletlərin qiyməti 2, 5, 9, 14 və 19 manat təşkil edir. VIP biletləri isə 50 manata əldə etmək olar. Xatırladaq ki, Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.xeber100.com