Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubunun fevralın 2-də keçirilməsi nəzərdə tutulan oyunu təxirə salınıb.Azərtac xəbər verir ki, buna səbəb oyunun keçiriləcəyi Şövkət Orduxanov adına Qusar şəhər stadionunun qarla örtülməsidir. “Şahdağ” ikinci dövrənin ilk oyununda I Divizionun iddialılarından sayılan “Zaqatala” klubu ilə qarşılaşmalı idi.Klub nümayəndələri meydanı oyun gününədək hazır vəziyyətə gətirməyə çalışsa da, əlverişsiz hava şəraitinin davam etməsi buna imkan verməyib.Bununla əlaqədar Peşəkar Futbol Liqasının qərarına əsasən “Şahdağ”–“Zaqatala”, eləcə də “Göyəzən”– “Qaradağ Lökbatan” matçlarının keçirilmə tarixi dəyişdirilib. Bu oyunlar fevralın 27-nə təyin olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…