Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib

3 Fevral 2017 11:46

Xəbər 1019 dəfə oxunub

Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, fevralın 5-də keçiriləcək final oyununda Misir və Kamerun milliləri qarşılaşacaqlar.Uqo Broosun baş məşqçisi olduğu Kamerun komandası finala gedən yolda Qana yığmasına iki cavabsız qolla qalib gəlib.Finaldan bir gün əvvəl üçüncü yer uğrunda görüşdə isə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcəklər.xeber100.com