Voleybol komandaları arasında daha bir oyun keçirilib

4 Fevral 2017 12:15

Xəbər 930 dəfə oxunub

Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində daha bir oyun keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom” ilə qarşılaşıb.Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandaların duelindən “Telekom” komandası 3:2 hesablı qələbə ilə ayrılıb.Hesabındakı xalların sayını 26-ya çatdıran “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 20 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com