İdman Sarayında keçirilən çempionata yekun vurulub

7 Fevral 2017 10:32

Xəbər 768 dəfə oxunub

Bakı İdman Sarayında keçirilən kikboksinq üzrə respublika çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, həm gənclər, həm də böyüklər arasında keçirilən yarışda 40 komandanın heyətində 200-dək idmançı iştirak edib. Böyüklər arasında keçirilən turnirdə 12 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin atletləri çempionatda daha yaxşı çıxış ediblər.Yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaqlar. Əlavə hazırlıq və sınaqlardan sonra seçmə kollektivin üzvləri müəyyənləşəcək və onlar 2017-ci ildə keçiləcək mötəbər yarışlarda Azərbaycanı təmsil edəcəklər.xeber100.com