Fransanın Altkirş, Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ səfirliyinin, Paris Azərbaycan Evinin və qeyd edilən şəhərlərin meriyalarının dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən silsilə tədbirlər keçirilib. Azərbaycanın Dostları Assosiasiyasından APA-ya verilən xəbərə görə, iki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilmiş və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib. Tədbirlərin açılış mərasimlərində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək, öncə Azərbaycan haqqında məlumat verib, gənc olmasına baxmayaraq artıq regionda və beynəlxalq aləmdə öz yerini sübut etmiş ölkə olduğunu vurğulayıb. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirib. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən və Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışıb və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov öncə Azərbaycanın Dostları Assosiasiyasına və qeyd edilən şəhərlərin meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğə görə və ölkəni üç regionunda təşkil etdikləri bu silsilə mədəni tədbirlərə görə onlara təşəkkür edib. Azərbaycanın zəngin və qədim mədəniyyətin və dini rəngarənglik,t olerantlığın nümunəsi olduğunu qeyd edən səfir E.Əmirbəyov ölkəmizin bu sahədə dünyaya verdiyi vacib töhfələrdən danışıb. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmli töhfələrdən danışmışdır, bu ayın sonunda Azərbaycanın paytaxtı Bakı şəhərində Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumun keçiriləcəyini bildirib. Sülh, dialoq və birgə yaşamanın Azərbaycanlılar üçün bir ənənəyə çevrildiyini, Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun həyata keçirilməsi üçün aparıcı və təbii bir mərkəz qismində özünə rəğbət qazandığını bildirən səfir E.Əmirbəyov bu ənənənin digər ölkələrə də yayılmasının vacibliyini qeyd edib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…