“Azərreyl” klubu növbəti oyununu keçirəcək

9 Fevral 2017 11:09

Xəbər 798 dəfə oxunub

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu bu gün növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edəcək. Görüşün baş hakimi isveçrəli Kristian Volf olacaq. Ona həmkarı İqor Porvaznik (Slovakiya) kömək edəcək.Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.xeber100.com