“Barselona” ilə “Alaves” üz-üzə gələcək

9 Fevral 2017 11:25

Xəbər 771 dəfə oxunub

Fevralın 9-da futbol üzrə İspaniya Kral Kubokunun digər finalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin yarımfinalında “Selta Viqo”nu 1:0 (ilk oyun 0:0) hesabı ilə məğlub edən “Alaves” komandası finala vəsiqə qazanıb. “Alaves”in finala yüksəlməsini təmin edən yeganə qolu matçın 82-ci dəqiqəsində Edqar Antonio Mendez vurub.Turnirin digər finalçısı ötən gün “Atletiko Madrid”i mübarizədən kənarlaşdıran “Barselona”dır. Səfərdə – Madriddə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar “Nou Kamp”da 1:1 hesablı heç-heçə edərək finala yüksəliblər.İspaniya Kral Kubokunun final matçı mayın 27-də keçiriləcək.xeber100.com