Futbol üzrə yeni komanda müəyyənləşib

10 Fevral 2017 12:00

Xəbər 937 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası müəyyənləşib.Azərtac xəbər verir ki, gənc forvard karyerasını Slovakiyada davam etdirəcək. Belə ki, “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, R.Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək.R.Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.Qeyd edək ki, “Trabzonspor”a mövsümün əvvəlində “Zenit”dən keçən Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı.xeber100.com