Gənclər və İdman Nazirliyinin dəstəyi ilə…

15 Fevral 2017 10:42

Xəbər 809 dəfə oxunub

Ciu-citsu üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında respublika birinciliyi keçirilib.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda Bakıdan və bölgələrdən 150-dən artıq idmançı iştirak edib.Yarışın açılış mərasimində Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov, Braziliya ciu-citsusu üzrə vitse-prezident Azər Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıblar.Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri Gənclər və İdman Nazirliyinin diplomları və medallarla təltif ediliblər.xeber100.com