Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.Azərtac klubun rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, komanda rəhbərliyi “Kardemir Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudor ilə razılığa gəlib. “Qalatasaray”ın İqor Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.Xorvatiyalı mütəxəssis 1978-ci il aprelin 16-da Split şəhərində doğulub. Hazırda Türkiyə Super Liqasında mübarizə aparan “Kardemir Karabükspor” komandasının baş məşqçisidir.O, 1995-ci ildə “Hayduk”da (Split) müdafiəçi mövqeyində oynamağa başlayıb, 58 matçda 5 qol vurub. 1998-ci ildə “Yuventus”un diqqətini çəkib və bu komandaya transfer edilib. 2004-cü ildə “Siena”ya icarəyə verilib. 2006-cı ildə yenidən “Yuventus”a transfer olub. 1997-ci ildə ilk dəfə Xorvatiya milli komandasına cəlb olunub. “Yuventus” yenidən “Serie A”ya yüksələndə “Hayduk” komandasına yollanıb və orada karyerasını başa çatdırıb. 2013-cü ildən 2016-cı ilədək “Hayduk”un baş məşqçisi olan İ.Tudor 2016/2017-ci il mövsümünün əvvəlində “Kardemir Karabükspor” ilə müqavilə imzalayıb.Xatırladaq ki, “Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…