Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü Ayla Rzazadə (54 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.Azərtac xəbər verir ki, çempionatın birinci günündə medal əldə edən A.Rzazadə ilk dəfə qatıldığı rəsmi yarışda nəticə göstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoyub.Yarışda Tale (52 kq) və Tural Yaqubov (63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25-ci yerləri bölüşür.Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.Qitə çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…