Güləş Federasiyasının məlumatına görə…

22 Fevral 2017 10:44

Xəbər 858 dəfə oxunub

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 11-dən İstanbulda bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığma komandanın baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında yığma komandanın 20 üzvü İstanbulda hazırlıq keçir. Təlim-məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri də iştirak edirlər.Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.xeber100.com