UEFA Çempionlar Liqasının daha iki oyunu keçirilib

22 Fevral 2017 10:51

Xəbər 892 dəfə oxunub

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.Azərtac xəbər verir ki, “Bayer Leverkuzen” (Almaniya) “Atletiko Madrid”i (İspaniya), “Mançester Siti” (İngiltərə) isə “Monako”nu (Fransa) qəbul edib.Maraqlı keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:“Bayer Leverkuzen” – “Atletiko Madrid” 2:4;“Mançester Siti” – “Monako” 5:3.Bu komandalar arasında cavab qarşılaşmaları martın 14-də oynanılacaq.Xatırladaq ki, ötən həftə keçirilmiş qarşılaşmalarda “Benfika” komandası “Borussiya Dordmund”u 1:0, “Pari-Sen-Jermen” isə “Barselona”nı 4:0, “Bavariya” “Arsenal”ı 5:1, “Real Madrid” isə “Napoli”ni 3:1 məğlubiyyətə uğradıb.Səkkizdəbir final mərhələsinin fevralın 22-də keçiriləcək son iki oyununda “Portu” “Yuventus”la, “Sevilya” isə “Lester”lə qarşılaşacaq.xeber100.com