Çempionlar Liqası yarışlarının sonuncu oyunu keçiriləcək

28 Fevral 2017 11:32

Xəbər 936 dəfə oxunub

Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində İtaliyanın “Konegliano” komandasını qəbul edəcək. Görüşün baş hakimi ispaniyalı Mario Bernaola olacaq. Ona serbiyalı həmkarı Mirko Yankoviç kömək edəcək.“Telekom” qrup mərhələsində keçirdiyi bütün görüşlərdən məğlub ayrılıb.xeber100.com