“AZAL Arena”da keçilən matçda erkən qol qeydə alınıb

28 Fevral 2017 12:09

Xəbər 926 dəfə oxunub

Fevralın 27-də Topaz Premyer Liqasının XX turuna start verilib.Azərtac xəbər verir ki, turun ilk oyununda “Neftçi” komandası “AZAL”ın qonağı olub.“AZAL Arena”da keçilən matçda erkən qol qeydə alınıb. Qonaqlar oyunun 4-cü dəqiqəsində Daniel Seqovianın qolu ilə hesabı açıblar. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun bu hesabla da başa çatıb.Bu oyundan sonra xallarının sayını 20-yə çatdıran “Neftçi” komandası turnir cədvəlində 6-cı sırada qərarlaşıb. Hesabında 8 xal olan “AZAL” isə çempionatda sonuncu sıradadır.xeber100.com