“Azərreyl” komandası sonuncu oyununu keçirib

1 Mart 2017 11:26

Xəbər 802 dəfə oxunub

Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Polşada “Sentrum Arena”da yerli “Dabrova Qornitsa” komandasının qonağı olub.Rusiyalı baş hakim Nadejda Kozlovanın idarə etdiyi oyunda “Azərreyl” komandası 3:2 hesablı qələbə qazanıb. Bu qələbə ən yaxşı qrup ikincisi kimi play-off-a vəsiqə qazanmaq üçün yetərli olmayıb və komandamız Çempionlar Liqası yarışlarındakı çıxışını yekunlaşdırıb.xeber100.com