Ağır Atletika Federasiyasının məlumatı

1 Mart 2017 11:29

Xəbər 959 dəfə oxunub

Martın 1-də Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, martın 4-dək davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən 150-dək atlet qüvvəsini sınayacaq.Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com