Şarcada FIDE-nin Qran-pri turnirinin birinci mərhələsi başa çatıb.Azərtac xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov doqquzuncu turda dünya çempionu Hou İfana qalib gəlib. Çinli şahmatçı 32-ci gedişdə məğlub olduğunu etiraf edib.Mümkün doqquz xaldan 5,5 xal toplamış Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqrav (Fransa) və Aleksandr Qrişşukla (Rusiya) birlikdə ilk pillədə qərarlaşıb. Əlavə göstəricilərinə görə rusiyalı qrossmeyster turnirin qalibi olub, ikinci yerdə fransız şahmatçı, üçüncü yerdə azərbaycanlı qrossmeyster olub.Onların ardınca Din Lijen, Maykl Adams, Dmitri Yakovenko, Hikaru Nakamura, Yan Nepomnyaşşi (hər biri 5 xal), Rixard Rapport, Pavel Elyanov, Li Çao, Fransisko Valyexo (hər biri 4,5 xal), Levon Aronyan, Hou İfan (hər biri 4 xal), Saleh Salim, Yon-Lüdviq Hammer, Yevgeni Tomaşevski (hər biri 3,5 xal), Aleksandr Ryazantsev (3 xal) gəlir.FIDE-nın Qran-pri turnirinin növbəti mərhələsi mayın 11-dən 22-dək Moskvada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…