Avropa çempionatının təqvimi müəyyənləşib

2 Mart 2017 11:34

Xəbər 898 dəfə oxunub

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunlarının təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, “Avro-2018”də iştirak etmək istəyən dörd komanda paytaxtımızda qarşılaşacaq.Turnir çərçivəsində ilk turda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Aprelin 9-da yığmamız Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu oyununu aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu oyun saat 20:00-da başlayacaq.Bu mərhələnin qrup qalibləri “Avro-2018”in final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son dörd vəsiqənin sahibini müəyyənləşdirəcəklər.Oyunlar Bakı İdman Sarayında keçiriləcək.Qeyd edək ki, “Avro-2018”in final mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək.xeber100.com